Ürfan Abbasov və Asif Məmmədov “Qarabağ”la oyunu buraxacaqlar

“Qəbələ”nin üç futbolçusu – Ürfan Abbasov, Asif Məmmədov və Fares Abu Akel sabah “Qarabağ”a qarşı oyunda komandaya kömək edə bilməyəcək.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan Premyer Liqasının 7-ci turu çərçivəsində baş tutacaq “Qarabağ”la ev oyununun hazırlığında “qırmızı-qaralar”ın üç futbolçusu iştirak etmir. Premyer Liqanın 6-cı turunda baş tutan “Turan Tovuz”la səfər qarşılaşmasında (2:2) zədə aldığı üçün əvəzlənən Ürfan Abbasov müalicəsini davam etdirir. Asif Məmmədov və Fares Abu Akel isə bərpa prosesi keçir.

Xatırladaq ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Qarabağ” oyununa saat 19:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: