Ötən mövsümün sonunda Premyer Liqanı tərk etmiş “Karvan”dan ayrılan yarımmüdafiəçi Vadim Abdullayev bundan sonra “Kəpəz”də çıxış edəcək.
Arena.az bu barədə Gəncə klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
31 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna kimi – 1 illik müqavilə imzalanıb.
Ötən mövsümü “Karvan”da keçirmiş futbolçu 31 oyunda meydana çıxıb və 1 qol vurub.
Vadim Abdullayev daha öncə “Araz Naxçıvan”, “Sabah”, “Simurq”, “Bakı”, “Qəbələ” və “Şüvəlan” kimi klublarda da forma geyinib.
Xatırladaq ki, “Kəpəz” daha öncə sabiq qapıçısı Rojerio Santosu da heyətinə qatmışdı. Əli Səmədov, Rəhman Hacıyev və Dioqo Verdaska ilə yeni müqavilə imzalanıb. Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Luis Paçu, Yusif İmanov, Camal Cəfərov, Ehtiram Şahverdiyev və Olavale Onanuqa isə komandanı tərk ediblər.


