Vanderson Melo daha bir il “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan”ın braziliyalı yarımmüdafiəçisi Vanderson Melo Premyer Liqa təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, braziliyalı daha bir il bu komandanın formasını geyinəcək. 30 yaşlı dayaq yarımmüdafiəçisi ilə yeni sözləşmə 2026-cı ilin 30 iyununadək nəzərdə tutulub.

Xatırladaq ki, tam adı Vanderson Kavalkante Melo olan braziliyalı futblçu “Araz-Naxçıvan”a 2023-cü ilin yayında Odessa “Çernomorets”indən (Ukrayna) gəlib. 30 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 70 iyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Vanderson Melo daha öncə vətənində “Koritiba”, “Fos-du-İquasu”, “Marinqa”, “Pirasikaba”, “Andraus”, İsveçin “Eskulstuna”, Belarusun “Vitebsk”, Litvanın “Panevejis” klublarında forma geyinib.

Xatırladaq ki, “Araz Naxçıvan” daha öncə Kristian Avram, İssuf Paro, Tərlan Əhmədli, Ömər Buludov, Ürfan Abbasov, Ülvü İsgəndərov, Bəxtiyar Həsənalızadə, Slavik Alxasov və Qara Qarayevlə də yeni müqavilə imzalandığını açıqlamışdı. Vadim Abdullayevlə isə yollar ayrılıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: