Vensan Till “Sabah”dan ayrılır – Lüksemburq millisinə görə

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sabah”ın hücumameyilli yarımmüdafiəçisi Vensan Till Lüksemburq millisinə dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Lüksemburq yığması AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 8-də evdə İslandiya, sentyabrın 11-də isə səfərdə Portuqaliya millisi ilə qarşılaşacaq. Vensanın da bu oyunlarda komandasına kömək etməsi gözlənilir.

Xatırladaq ki, Vensan Till 2016-cı ildə debüt etdiyi Lüksemburq yığmasında 48 oyun keçirib, 3 qola imza atıb. O, bu ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. 23 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisində 7 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub. Till karyerası ərzində “Po”, AİK (Solna), “Orleans”, “Nasional”, “Örebro”, “Mets”, “Vorskla” kimi klubların da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: