Villian Paço “Ayntraxt”da – 9 milyon avroluq transfer!

Futbol üzrə Ekvador milli komandasının müdafiəçisi Villian Paço Almaniyanın “Ayntraxt” (Frankfurt) klubuna transfer olunub. Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 21 yaşlı mərkəz müdafiəçisi ilə 2028-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. Amma gənc futbolçu Almaniya klubuna bu ilin 1 iyulunda, yəni cari mövsüm başa çatdıqdan sonra qoşulacaq.

Transferlə bağlı digər detallar açıqlanmır. Amma Almaniya mətbuatı Frankfurt klubunun bu keçidə görə “Antverpen”ə 9 milyon avro ödədiyini yazır.

Villian Paço peşəkar karyerasına Ekvadorun “İndependyente” klubunda başlayıb. O, iki il ərzində Ekvador təmsilçisində 40 oyuna çıxıb. 2022-ci ilin yanvarında isə “Antverpen” gənc müdafiəçini 2.87 milyon avro qarşılığında heyətinə qatıb. Paço Belçika təmsilçisində də 42 oyun keçirib, 1 qol vurub.

“Ayntraxt”ın yeni transferi bir neçə gün öncə Ekvador milli komandasında uğurlu debüt də edib. Belə ki, o, martın 28-də baş tutan Avstraliya ilə yoldaşlıq oyununda meydana çıxıb, hətta komandasının 2:1 hesablı qələbəsinə qolla töhfə verib.

Xəbəri sosial şəbəkələrdə paylaş: