“Voluntari” azərbaycanlı futbolçunu transfer etmək istəyir

Rumıniyanın elita təmsilçilərindən olan “Voluntari” azərbaycanlı futbolçu ilə güclənmək istəyir.

Arena.az-ın əldə etdiyi məlumata görə, bu, hazırda “Səbail”in formasını geyinən Elmir Tağıyevdir.

22 yaşlı yarımmüdafiəçi ilə futbol agentləri vasitəsi ilə maraqlanan Rumıniya təmsilçisi artıq sözügedən oyunçunun sosial şəbəkə hesabını da təqib edir.

Tağıyevin xidmətində vaxtilə Birinci Divizionda şərəfini qoruduğu “Turan Tovuz” da maraqlıdır.

Elmirin Bakı təmsilçisi ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. O, 2021-ci ilin avqust ayından formasını geyindiyi paytaxt klubunda 44 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Voluntari” bu mövsüm Rumıniya çempionatında əsas mərhələni 34 xalla 10-cu pillədə başa vurub. Komanda hazırda final mərhələsində mübarizə aparır.

Xəbəri sosial şəbəkələrdə paylaş: