Vüsal İsgəndərli “Bilis”ə qarşı 66 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Albaniyanın “Partizani” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 2025/2026-cı illər mövsümünün 14-cü turu çərçivəsində “Bilis”lə qarşılaşıb.

“Partizani” doğma meydanda baş tutmuş bu oyundan qələbə ilə ayrılıb – 1:0. İsgəndərli start heyətdə meydana çıxdığı bu görüşün 66-cı dəqiqəsində əvəzlənib.

“Partizani” 14 turdan sonra 17 xalla 10 komandanın mübarizə apardığı Albaniya çempionatının yarış cədvəlində 6-cı pillədə qərarlaşıb. Sözügedən komanda 14 oyunda 4 qələbə qazanıb, 5 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Vüsal İsgəndərli Albaniya klubuna bu ilin yayında Türkiyənin “Boluspor” komandasından azad agent kimi keçib. Hücumçu “Partizani” ilə 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər bu komandanın heyətində 13 oyuna çıxıb, 2 qola imza atıb.

Vüsal daha öncə “Şamaxı”, “Zirə”, “Sumqayıt”, “Ankara Keçiörengücü”, “Eqnatiya”, “Boluspor” və “Simurq”da da forma geyinib. 2019-cu ilin noyabrında Azərbaycan millisində debüt etmiş 29 yaşlı hücumçu meydana çıxdığı 5 oyunda fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: