Vüsal İsgəndərli “Boluspor”da debüt etdi – Video

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində ilk rəsmi matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 18-ci turu çərçivəsində baş tutan “Adanaspor”la oyunun iştirakçısı olub.

“Boluspor” səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Bu, İstanbul təmsilçisinin cari mövsümdəki beşinci heç-heçəsidir. Futbolçumuzun komandası digər oyunlarda 6 qələbə qazanıb, 7 məğlubiyyətə üzülüb.

Vüsal bu oyuna start heyətdə başlayıb və 82-ci dəqiqədə əvəzlənib.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var.

18 turdan sonra “Boluspor” 23 xalla 18 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: