Vüsal İsgəndərli oynadı, komandası səfərdən 1 xalla döndü

Futbol üzrə Türkiyə 1-ci liqasında 24-cü turun oyunları keçirilib. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Boluspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Vüsal da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 42-ci dəqiqədə əvəzlənib.

“Keçiörengücü” 24 turdan sonra 28 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: