Vüsal İsgəndərli üçün 1 qol, 1 assist və darmadağın – Video

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Albaniyanın “Eqnatiya” komandasının heyətində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Albaniya çempionatının 15-ci turu çərçivəsində “Vlajniya” ilə qarşılaşıb.

“Eqnatiya” doğma meydanda baş tutan bu qarşılaşmadan 3:0 hesablı qələbə ilə ayrılıb.

Vüsal bu matça start heyətdə başlayıb və 74-cü dəqiqədə əvəzlənib. Komandasının üçüncü qolunu da azərbaycanlı futbolçu vurub. O, 41-ci dəqiqədə fərqlənməklə matçın yekun nəticəsini müəyyənləşdirib. İkinci qolda isə Vüsal məhsuldar ötürmə ilə yadda qalıb.

“Eqnatiya” 15 turdan sonra 33 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.

Xatırladaq ki, Vüsal İsgəndərli “Eqnatiya”ya bu ilin yayında “Sumqayıt”dan transfer olunub. 27 yaşlı futbolçu Albaniya klubu ilə 3 illik müqavilə bağlayıb. O, sözügedən komandada indiyə qədər 17 oyuna çıxıb, 5 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Matçın videoyazısını aşağıdakı “Youtube” linkinə keçid etməklə izləyə bilərsiniz:

Xəbəri sosial şəbəkələrdə paylaş: