Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 9-cu turu çərçivəsində “Çorum”la qarşılaşıb.
“Boluspor” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 2:0. Bu, Bolu təmsilçisinin cari mövsümdəki 3-cü qələbəsidir. Futbolçumuzun komandası digər oyunlarda 3 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.
İsgəndərli bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.
9 turdan sonra “Boluspor” 12 xalla 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. “Çorum” isə 10 xalla 17-cidir.
Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 18 matça çıxıb, fərqlənə bilməyib.


