Vüsal İsgəndərlinin komandası kubokla 1/16 finalda vidalaşdı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” bu gün növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası Türkiyə Kubokunun 1/16 final mərhələsi çərçivəsində Super Liqa təmsilçisi “Başakşəhər”lə qarşılaşıb.

Bolu təmsilçisi bu rəqibinə 0:1 hesabıyla məğlub olaraq Türkiyə Kubokunda mübarizəni dayandırıb.

İsgəndərli bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində hələlik 1 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: