Futbol üzrə Azərbaycan milli komandasının və son çempion “Sabah”ın gənc cinah hücumçusu Xəyal Əliyev yığmamızın düşərgədən ayrılıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, Macarıstanın Sombatxey şəhərində iyunun 5-də Malta yığmasına qarşı keçirilmiş yoxlama görüşündə zədələnmiş oyunçu müalicə olunmaq üçün İspaniyanın paytaxtı Madridə gedib. Onun müalicə və bərpa müddəti barədə məlumat verilməyib.
Xatırladaq ki, Xəyal Əliyev Malta ilə görüşün əvvəlindəcə əzələsindən zədə almış və əvəzlənmək məcburiyyətində qalmışdı. Baş məşqçi Ayxan Abbasov onun əvəzində Nəriman Axundzadəni meydana buraxmışdı. Qarşılaşma isə Azərbaycan yığmasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı.
Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununda San Marino yığması ilə üz-üzə gələcək.


