Xankəndidə baş tutacaq tarixi oyunun təyintatları da açıqlandı

Azərbaycan Kubokunun 1/8 finalı çərçivəsində Xankəndidə keçiriləcək “Qarabağ” – MOİK matçının hakim təyinatları məlum olub.

Arena.az xəbər verir ki, bu gün baş tutacaq qarşılaşma Əli Əliyevə tapşırılıb.

Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Əli Əliyevə yan xətt hakimləri Şirmamed Mamedovla Taleh Məmmədov kömək edəcəklər. Kamal Umudlu isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Xankəndidə baş tutacaq bu tarixi qarşılaşmaya saat 14:00-da start veriləcək.

Azərbaycan Kuboku
1/8 final
21 dekabr

“Qarabağ” – MOİK
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Emin Cəfərov.

Xəbəri sosial şəbəkələrdə paylaş: