“Xetafe” üçün yeni baş məşqçi

İspaniyanın “Xetafe” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisini bundan sonra Kike Sançes Flores çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sançeslə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Flores son olaraq İngiltərənin “Uotford” komandasını çalışdırıb. O, “Xetafe”də bir müddət əvvəl istefaya göndərilən Miçeli (Xose Migel Qonsales) əvəzləyib.

“Xetafe” La Liqanın geridə qalan 8 turunda cəmi 1 xal qazana bilib və 20 kollektiv arasında sonuncu sıradadır.