Xorxe Kaskilya Rəşad Sadıqovdan üzr istədi

“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Azərbaycan Premyer Liqasının 31-ci turunda “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qubada baş tutmuş görüşündə qalib müəyyənləşməyib – 0:0.

Xorxe Kaskilya matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Oyundan sonra görüşmədiyim üçün Rəşad Sadıqovdan üzr istəyirəm. Çox yaxşı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Birinci hissədə yaxşı oynadıq. Rəqibdən daha çox qol şansları yaratdıq. İkinci yarıda da rəqabətli oyun gedirdi. Son 20 dəqiqədə “Zirə” daha fəal idi. Buna görə də müdafiə olunduq. Məncə, heç-heçə ədalətli nəticədir. Bu mövsüm “Zirə”yə məğlub olmadıq. Vacib məsələ odur ki, “İmişli” öz məqsədinə nail olub. Oyunçularımı təbrik edirəm. Hər matçda mübarizə aparıblar. “Zirə”yə ölkə kubokunun finalında uğurlar arzulayıram”.

Portuqaliyalı mütəxəssis cari mövsüm bitən kimi əyalət klubundan ayrılacağı barədə xəbərlərə münasibət bildirmək istəməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: