Xunko: “İspan hakimlər Avropanın ən yaxşılarıdır”

İspaniya Kral Futbol Federasiyasının (RFEF) rəhbəri vəzifəsini icra edən Pedro Roça Xunko ispan hakimlərin yüksək səriştəsini vurğulayıb.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən Xunkonun bu barədə fikirlərini təqdim edir:

“CTA (Hakimlər Texniki Komitəsi) hakimləri Avropanın ən yaxşılarıdır. İndi etmək gərək olanı, onlarla birlikdə olmaqdır. İdarəetmə Komissiyasının sədri isə onları 1000% dəstəkləyir. Bununla belə, onlar tənqidi qəbul etməyi öyrənməlidirlər”, deyə federasiya rəsmisi bildirib.

Xatırladaq ki, Pedro Roça Xunko İspaniya Kral Futbol Federasiyasının rəhbəri vəzifəsini müvəqqəti icra edir. O, bu vəzifədə Luis Rubialesi əvəzləyib. Rubiales İspaniyanın qadınlardan ibarət yığmasının dünya çempionatındakı qələbəsini qeyd edərkən, futbolçu Cennifer Ermosonu öpməsindən sonra yaranmış qalmaqal sonrasında vəzifəsindən getməyə məcbur olmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: