“Qarabağ”ın futbolçuları Marko Yankoviç və Marko Veşoviç Monteneqro milli komandasında növbəti oyuna çıxıblar.
Arena.az xəbər verir ki, hər iki futbolçu Şimali Makedoniyaya qarşı keçirilən yoldaşlıq matçının iştirakçısı olub.
Həm Veşoviç, həm də Yankoviç 61-ci dəqiqədə meydana buraxılıblar. Görüş Monteneqronun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, Monteneqro millisini hazırda Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki çalışdırır.
“Qarabağ”ın digər legioneri – Patrik Andrade də Kabo Verde yığmasının heyətində növbəti matçına çıxıb. O, Ekvatorial Qvineya ilə görüşün iştirakçısı olub. Yarımmüdafiəçi 90 dəqiqə meydanda olub.
Ötən gecə dünyanın yaşıl meydanlarında daha bir neçə ölkənin yığma komandası yoxlama görüşündə qüvvəsini sınayıb.
Qeydə alınmış nəticələri təqdim edirik:
Yoxlama oyunu
25 mart
Mərkəzi Afrika – Papua Yeni Qvineya 4:0
Burundi – Botsvana 0:0
Madaqaskar – Ruanda 0:2
Şri Lanka – Butan 2:0
Kipr – Serbiya 0:1
Monteneqro – Şimali Makedoniya 1:0
İsveç – Albaniya 1:0
Kabo Verde – Ekvatorial Qvineya 1:0
Qvineya – Bermuda 5:1
Qabon – Konqo 1:1
Boliviya – Andorra 1:0
Komor adaları – Anqola 0:0
Qvineya Bisau – Sudan 2:1


