Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 13-cü turuna yekun vurulacaq.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutacaq.
Xatırladaq ki, martın 22-də keçirilmiş turun açılış matçında U-19 millimiz lider “Baku Fire” ilə üz-üzə gəlmiş və məğlubiyyətlə üzləşmişdi. Gənclərdən ibarət millimiz Avropa çempionatının əsas mərhələsinin oyunları ilə əlaqədar çempionat matçının erkən oynanılmasını istəmişdi.
Bu gün isə “Yasamal Bakı” “Neftçi” İK ilə, “Şuşa” da “Araz-Naxçıvan”la üz-üzə gələcək.
Yüksək Liqa
13-cü tur
22 mart
U-19 – Baku Fire 1:3
Hakimlər: Knyaz Əmiraslanov, Elgün Hüseynov, Əli Cəbrayılov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 16:00.
27 mart
Yasamal Bakı – Neftçi İK İB
Hakimlər: Vüsal Balaşov, Ramil Namazov, Nihad Bağırov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 14:00.
Şuşa – Araz-Naxçıvan
Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, Anar Fərəcov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 16:00.
Xallar: Baku Fire – 32. Araz-Naxçıvan – 28. Neftçi İK – 28. Şuşa – 12. U-19 – 9. Yasamal Bakı – 0.


