Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 13-cü turunun oyunlarına təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Əvvəlcədən də xəbər verdiyimiz kimi, oyunlardan biri martın 22-də, qalanları isə martın 27-də keçiriləcək. Buna səbəb U-19-un martın 25-dən 30-dək Avropa çempionatının əsas mərhələsinin oyunlarında iştirak etməsidir.
Yüksək Liqa
13-cü tur
22 mart
U-19 – Baku Fire
Hakimlər: Knyaz Əmiraslanov, Elgün Hüseynov, Əli Cəbrayılov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 16:00.
27 mart
Yasamal Bakı – Neftçi İK İB
Hakimlər: Vüsal Balaşov, Ramil Namazov, Nihad Bağırov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 14:00.
Şuşa – Araz-Naxçıvan
Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, Anar Fərəcov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 16:00.


