Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 3-cü turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, növbəti turun görüşləri oktyabrın 2-də “Olimpik Star”da keçiriləcək.
Yüksək Liqa
3-cü tur
2 oktyabr
Neftçi İK – Şuşa
Bakı. “Olimpik Star”. Saat 13:00.
Araz-Naxçıvan – Lənkəran
Bakı. “Olimpik Star”. Saat 15:00.
Baku Fire – U-19
Bakı. “Olimpik Star”. Saat 17:00.


