Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 2024/2025-ci illər mövsümünün 13-cü turuna start veriləcək.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Turun açılış matçında U-19 millimiz lider “Baku Fire” ilə üz-üzə gələcək.
Turun qalan oyunları martın 27-də keçiriləcək. Buna səbəb U-19-un martın 25-dən 30-dək Avropa çempionatının əsas mərhələsinin oyunlarında iştirak etməsidir.
Yüksək Liqa
13-cü tur
22 mart
U-19 – Baku Fire
Hakimlər: Knyaz Əmiraslanov, Elgün Hüseynov, Əli Cəbrayılov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 16:00.
27 mart
Yasamal Bakı – Neftçi İK İB
Hakimlər: Vüsal Balaşov, Ramil Namazov, Nihad Bağırov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 14:00.
Şuşa – Araz-Naxçıvan
Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, Anar Fərəcov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 16:00.
Xallar: Baku Fire – 29. Araz-Naxçıvan – 28. Neftçi İK – 28. Şuşa – 12. U-19 – 9. Yasamal Bakı – 0.


