Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 4-cü turunun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, turun bütün oyunları “Olimpik Star”da baş tutacaq.
Tura mərkəzi oyunla start veriləcək. “Neftçi” “Baku Fire” ilə üz-üzə gələcək.
Son çempion “Araz-Naxçıvan” U-19 yığmamızla qarşılaşacaq. “Şuşa” isə “Lənkəran”la münasibətlərinə aydınlıq gətirəcək.
Yüksək Liqa
4-cü tur
9 oktyabr
Neftçi İK – Baku Fire
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Anar Fərəcov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 13:30.
Şuşa – Lənkəran
Hakimlər: Knyaz Əmiraslanov, Elgün Hüseynov, Nihad Bağırov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 15:30.
U-19 – Araz-Naxçıvan
Hakimlər: Mahir Məmmədov, Kənan Məlikov, Vüsal Balaşov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 17:30.


