Yüksək Liqa: Bu gün 6-cı turun oyunları keçiriləcək

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 6-cı turunun oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, turun bütün görüşləri “Olimpik Star”da baş tutacaq.

Əvvəlcə Şuşa U-19 yığmamızla üz-üzə gələcək. “Araz-Naxçıvan”la “Baku Fire” arasında baş tutacaq mərkəzi oyunu FİFA referiləri idarə edəcəklər. Turun son matçında isə “Lənkəran” “Neftçi” İK ilə qarşılaşacaq.

Yüksək Liqa
6-cı tur
23 oktyabr

Şuşa – U-19
Hakimlər: Rza Məmmədov, Elgün Hüseynov, Vüsal Balaşov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 13:30.

Araz-Naxçıvan – Baku Fire
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Hidayət Feyzullayev.
Hakim-inspektor: Elçin Səmədli
Bakı. “Olimpik Star”. Saat 15:30.

Lənkəran – Neftçi İK
Hakimlər: Anar Fərəcov, Kənan Məlikov, Nihad Bağırov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 18:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: