Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 8-ci turunun oyunları keçiriləcək.
Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edəcək.
Qarşılaşmalar “Olimpik Star”da baş tutacaq. U-19 millimiz “Baku Fire” ilə üz-üzə gələcək. “Şuşa” “Neftçi” ilə qarşılaşacaq. Son çempion “Araz-Naxçıvan” isə bu dəfə debütant “Lənkəran”ı sınağa çəkəcək.
Yüksək Liqa
8-ci tur
27 noyabr
U-19 – Baku Fire
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, İmran Məhərrəmov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 12:00.
Şuşa – Neftçi İK
Hakimlər: Əli Cəbrayılov, Anar Fərəcov, Elgün Hüseynov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 14:00.
Lənkəran – Araz-Naxçıvan
Hakimlər: Hikmət Qafarlı, Kənan Məlikov, Vüsal Balaşov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 16:00.


