Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 16-cı turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, dördüncü dövrənin ilk turunun bütün görüşləri eyni günə təsadüf edib.
Lider “Araz-Naxçıvan”la “Baku Fire” arasında baş tutmuş mərkəzi görüşü FİFA referiləri idarə edib. “Olimpik Star”da keçirilmiş oyunda Naxçıvan təmsilçisi 2 cavabsız qolla qalib gələrək zirvədəki mövqeyini möhkəmləndirib.
“Neftçi” İK “Şuşa” ilə 9 qolluq görüşdən qalib ayrılıb. U-19 millimiz də “Yasamal Bakı” ilə görüşdə qələbə qazanıb.
Yüksək Liqa
16-cı tur
1 may
Araz-Naxçıvan – Baku Fire 2:0
Qollar: Roman Adamov, 32:25. Covanni, 39:24.
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Anar Fərəcov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 14:00.
Neftçi İK – Şuşa 6:3
Qollar: Rüstəm Bağırov, 4:00-öz qapısına. Cavad Haydari, 8:00; 9:30. Mirzə Əmirov, 26:11; 35:32. Abdul Qafar, 38:06 – Vladislav Vorobyev, 25:28. Nüsrət Fərzəli, 30:25. Sadeq Caviditabar, 33:15.
Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov, Kənan Manafov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 16:00.
Yasamal Bakı – U-19 4:7
Qollar: Murad Ələkbərli, 4:20. İlqar Nuruşov, 15:30. Qüdrət Qasımzadə, 19:12; 28:43 – Rəvan Quliyev, 11:10. Cavid Mürvətli, 11:46-öz qapısına. Bəyoğlan Vəlizadə, 13:18. Oqtay Mahmudzadə, 17:08. Pünhan Qasımzadə, 25:58; 27:35. Azər Manafov, 34:40.
Hakimlər: Hacıəli Ağayev, İmran Məhərrəmov, Vüsal Balaşov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 18:00.
Xallar: Araz-Naxçıvan – 40. Neftçi İK – 37. Baku Fire – 35. Şuşa – 18. U-19 – 12. Yasamal Bakı – 0.


