Yüksək Liqa: Liderden U-19 üzərində inamlı qələbə

Futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) bu gün 2024/2025-ci illər mövsümünün 13-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında U-19 millimiz lider “Baku Fire” ilə üz-üzə gəlib.

Gənclərdən ibarət millimiz Avropa çempionatının əsas mərhələsi oyunları öncəsi əzmkarlıq göstərsə də, məğlubiyyətdən qurtula bilməyib. Matç liderin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun qalan oyunları martın 27-də keçiriləcək.

Yüksək Liqa
13-cü tur
22 mart

U-19 – Baku Fire 1:3
Hakimlər: Knyaz Əmiraslanov, Elgün Hüseynov, Əli Cəbrayılov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 16:00.

27 mart

Yasamal Bakı – Neftçi İK İB
Hakimlər: Vüsal Balaşov, Ramil Namazov, Nihad Bağırov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

Şuşa – Araz-Naxçıvan
Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, Anar Fərəcov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 16:00.

Xallar: Baku Fire – 32. Araz-Naxçıvan – 28. Neftçi İK – 28. Şuşa – 12. U-19 – 9. Yasamal Bakı – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: