Yüksək Liqa: Mərkəzi oyunda “sülh”, çempiondan asan qələbə

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/25 mövsümünün 2-ci dövrəsinin sonuncu – 10-cu turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün oyunları eyni gündə və “Olimpik Star”da baş tutub.

Turun açılış matçında lider “Baku Fire” 4 xal qabaqladığı ən yaxın izləyicisi “Neftçi” İK ilə üz-üzə gəlib. 6 qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

İkinci oyunda “Şuşa” autsayder “Yasamal Bakı” ilə qarşılaşıb. Meydan sahibi komandanın asan qələbə qazanacağı gözlənilsə də, meydanda əksi baş verib. Altı qolluq bu matçın yekununda debütant 4-cü qələbəsini bayram edib.

Turun son oyunu “Araz-Naxçıvan” üçün məşq xarakterli alınıb. Son çempion U-19 ilə oyunda 11 cavabsız qolla qalib gəlib.

Yüksək Liqa
10-cu tur
15 fevral

Baku Fire – Neftçi İK 3:3
Qollar: Henrike Soares, 6:18. Paulo Henrike, 32:16, Yaqo Henrike, 36:33 – Abdul Qafar, 12:19. Emil Həsənzadə, 38:22. Tofiq Mikayılov, 39:54-öz qapısına.
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Elgün Hüseynov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı. “Olimpik Star”. Saat 13:00.

Şuşa – Yasamal Bakı 4:2
Qollar: İlham Alıyev, 2:42; 33:09. Sadeq Javiditabar, 20:20. Nüsrət Fərzəli, 24:27 – Qüdrət Qasımzadə, 13:07. Elmir Xəlilov, 39:52.
Hakimlər: Hacıəli Ağayev, İmran Məhərrəmov, Vüsal Balaşov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 15:00.

Araz-Naxçıvan – U-19 11:0
Qollar: Roman Adamov, 0:23; 3:02; 9:55. Amirhosseyn Rasuli, 1:53; 25:55; 36:13. Covanni, 7:50; 11:47. Nurlan Məmmədov, 16:59; 39:47. Ülvi Əliyev, 28:10.
Hakimlər: Rza Məmmədov, Kənan Məlikov, Mahir Məmmədov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 17:00.

Xallar: Baku Fire- 26. Araz-Naxçıvan – 22. Neftçi İK – 22. Şuşa – 12. U-19 – 6. Yasamal Bakı – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: