Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 4-cü turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün oyunları “Olimpik Star”da baş tutub.
Tura mərkəzi oyunla start verilib. “Neftçi” “Baku Fire” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
Son çempion “Araz-Naxçıvan” U-19 yığmamızla qarşılaşıb və 12 cavabsız qolla qalib gəlib. “Şuşa” isə “Lənkəran”la münasibətlərinə aydınlıq gətirib. Şuşalılar debütantla oyunda inamlı qələbəyə seviniblər.
Yüksək Liqa
4-cü tur
9 oktyabr
Neftçi İK – Baku Fire 2:2
Qollar: Allef Maiolli, 14:33; 32:08 – Eldar Zeynalov, 10:43. Kənan Manafov, 38:56.
Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Anar Fərəcov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 13:30.
Şuşa – Lənkəran 7:3
Qollar: Namiq Məmmədkərimov, 14:11. Sadeq Caviditabar, 18:58; 34:00; 34:45. Nüsrət Fərzəli, 28:25. Rüstəm Bağırov, 33:21. Şahbaz Həndəmli, 34:56 – Məhəmməd Əliyev, 4:36. Rasim Əhmədov, 15:13. Elşən Mirzəzadə, 37:30.
Hakimlər: Knyaz Əmiraslanov, Elgün Hüseynov, Nihad Bağırov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı. “Olimpik Star”. Saat 15:30.
U-19 – Araz-Naxçıvan 0:12
Qollar: Luicci Lonqo, 4:50; 11:58; 31:03; 31:11. Ülvi Əliyev, 8:27; 14:37. Alleks Rezende, 12:36. Qüdrət Qasımzadə, 21:06. Ədalət Ələkbərov, 22:14; 27:42; 36:24. Aleks Teyşeyra, 30:11.
Hakimlər: Mahir Məmmədov, Kənan Məlikov, Vüsal Balaşov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 17:30.
Xallar: “Neftçi” – 10. Araz-Naxçıvan – 10. Baku Fire – 8. Şuşa – 6. U-19 – 0. Lənkəran – 0.


