Yüksək Liqa: “Neftçi” “Baku Fire” üzərində qələbəyə sevindi

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2025/2026-cı illər mövsümünün 9-cu turunun iki oyunu keçirilib.

Arena.az xəbər verir ki, hər iki qarşılaşma “Olimpik Star”da təşkil edilib.

İlk oyunda turnir cədvəlinin üst pillələrində yer almış komandalar – “Baku Fire” ilə “Neftçi” İK qarşılaşıblar. Qələbə turnir cədvəli baxımından hər iki tərə üçün vacib idi. Tam heyətlə meydana çıxmış komandalar matça erkən qollarla başlayıblar. Yekunda rəqibindən ikiqat çox qol vurmağa nail olmuş “Neftçi” qələbə qazanaraq zirvədəki mövqeyini möhkəmləndirib.

Günün digər oyununda debütant “Lənkəran” orta pillələrdə qərarlaşmış “Şuşa”nın qonağı olub. Şuşalılar bu görüşdə inamlı qələbəyə seviniblər.

9-cu tur çərçivəsində keçirilməli olan “Araz-Naxçıvan” – U-19 görüşü isə birincilərin UEFA Çempionlar Liqasının oyununda iştirakı ilə əlaqədar dekabrın 18-nə təyin olunub.

Yüksək Liqa
9-cu tur
4 dekabr

Baku Fire – Neftçi İK 4:8
Hakimlər: Knyaz Əmiraslanov, Əli Cəbrayılov, Elgün Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 13:00.

Lənkəran – Şuşa 5:12
Hakimlər: İmran Məhərrəmov, Vüsal Balaşov, Nihad Bağırov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 15:30.

Xallar: Neftçi İK – 25. Araz-Naxçıvan – 19. Baku Fire – 17. Şuşa – 12. U-19 – 3. Lənkəran – 0.

Bombardirlər: Luicci Lonqo (“Araz-Naxçıvan”) – 20. Rüstəm Bağırov (“Şuşa”) -16. Yaqo Henrike (“Neftçi” İK) – 15 qol.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: