Yüksək Liqa: “Neftçi” lideri dəyişdi

Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 3-cü dövrənin sonuncu – 15-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün oyunları eyni günə təsadüf edib.

Qarşılaşmaların hamısı “Olimpik Star”da keçirilib. İlk oyunda lider “Baku Fire” ilk “3-lük”də yer almış “Neftçi” İK qarşılaşıb. Turun mərkəzi oyununu FİFA referiləri idarə ediblər. 9 qolun qeydə alındığı oyun liderin məğlubiyyəti ilə yekunlaşıb.

Turun ikinci oyununda autsayderlə debütant üz-üzə gəliblər. Fasiləyə “Yasamal Bakı” hesabda üstün yollanıb. İkinci hissəyə “Şuşa” ardıcıl qollarla başlayıb. Əvvəlcə hesaba tarazlıq gətirən nominal qonaqlar önə keçməyi də bacarıblar.

Tura U-19 – “Araz-Naxçıvan” görüşü ilə yükun vurulub. Bu görüşdə qazanılacaq qələbə son çempionu zirvəyə yüksəldəcəkdi. Daha güclü və təcrübəli heyətə malik “qırmızı-ağlar” fürsəti əldən verməyiblər və Yüksək Liqanın liderinə çevriliblər.

Yüksək Liqa
15-ci tur
24 aprel

Neftçi İK – Baku Fire 5:4
Qollar: Emil Həsənzadə, 6:15. Xətai Bağırov, 19:08; 29:59; 34:50. Fərid Atakişiyev, 29:38 – Henrike Soares, 22:19. Oktay Rüstəmli, 31:17; 34:58. Kənan Manafov, 32:59.
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, İmran Məhərrəmov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 14:00.

Yasamal Bakı – Şuşa 3:6
Qollar: Elçin Məmmədov, 1:42. Qüdrət Qasımzadə, 6:57; 7:28 – Sadegh Javiditabar, 6:23; 21:12. Aidar Turarov, 24:51; 26:06; 36:10. Arzu Abbasov, 39:14-öz qapısına.
Hakimlər: Anar Fərəcov, Vüsal Balaşov, Elgün Hüseynov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı. “Olimpik Star”. Saat 16:00.

U-19 – Araz-Naxçıvan 1:15
Qollar: Fariz Hüseynov, 15:17 – Nurlan Məmmədov, 4:30; 24:00. Amir Sojaei, 9:48; 15:40. Roman Adamov, 10:31; Karlos Henrike, 11:18. Lazar Milosavlyevic, 13:27. Amirhossein Rasuli, 20:15; 33:36. Ali Rostami, 27:12; 32:35; 36:13, Mateus Henrike, 32:27; 39:22. Xəzər Ağalızadə, 37:43.
Hakimlər: Rza Məmmədov, Hidayət Feyzullayev, Ramil Namazov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 18:00.

Xallar: Araz-Naxçıvan – 37. Baku Fire – 35. Neftçi İK – 34. Şuşa – 18. U-19 – 9. Yasamal Bakı – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: