Bu gün futzal üzrə Azərbaycan çempionatında (Yüksək Liqa) 2024/2025-ci illər mövsümünün 13-cü turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Yasamal Bakı” “Neftçi” İK ilə, “Şuşa” da “Araz-Naxçıvan”la üz-üzə gəlib. İlk matçda “Neftçi” böyükhesablı qələbəyə sevinib. Son çempion da rəqibindən güclü olub.
Xatırladaq ki, martın 22-də keçirilmiş turun açılış matçında U-19 millimiz lider “Baku Fire” ilə üz-üzə gəlmiş və məğlubiyyətlə üzləşmişdi. Gənclərdən ibarət millimiz Avropa çempionatının əsas mərhələsinin oyunları ilə əlaqədar çempionat matçının erkən oynanılmasını istəmişdi.
Yüksək Liqa
13-cü tur
22 mart
U-19 – Baku Fire 1:3
Hakimlər: Knyaz Əmiraslanov, Elgün Hüseynov, Əli Cəbrayılov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı. “Olimpik Star”. Saat 16:00.
27 mart
Yasamal Bakı – Neftçi İK İB 3:12
Hakimlər: Vüsal Balaşov, Ramil Namazov, Nihad Bağırov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı. “Olimpik Star”. Saat 14:00.
Şuşa – Araz-Naxçıvan 4:10
Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, Anar Fərəcov.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı. “Olimpik Star”. Saat 16:00.
Xallar: Baku Fire – 32. Araz-Naxçıvan – 31. Neftçi İK – 31. Şuşa – 12. U-19 – 9. Yasamal Bakı – 0.


