Yurgen Klopp Almaniya yığmasını çalışdırmaq istəyir?

İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Yurgen Klopp Almaniya millisini çalışdırmağa maraq göstərmir.

Arena.az xəbər verir ki, onun agenti Mark Kositske müştərisinin Almaniya yığması ilə mümkün əməkdaşlığı haqda yayılan şayiələri təkzib edib.

“Yurgenin “Liverpul”la uzunmüddətli müqaviləsi var və Almaniya yığmasının da öz baş məşqçisi var. Ümumiyyətlə, bütün bunlar bizi maraqlandırmır”, deyə Kositske bildirib.

Xatırladaq ki, Yurgen Klopp 2015-ci ildən “Liverpul”u çalışdırır. Alman mütəxəssisin rəhbərliyi altında “qırmızılar” bütün mümkün klub turnirlərini qazanıblar. 56 yaşlı mütəxəssisin “Liverpul”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: