Məşhur alman mütəxəssis Yurgen Klopp daha əvvəl fasilə verdiyi məşqçilik karyerasını bir oyunluq bərpa edəcək.
Arena.az bu barədə Dortmund “Borussiya”sının rəsmi saytına istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Klopp “Borussiya”nın keçmiş polyak futbolçuları – Yakub Blaşikovski və Lukaş Pişşekin vida oyununda iştirak məqsədilə baş məşqçi sükanı arxasında olacaq.
Vida xüsuslu yoldaşlıq oyunu sentyabrın 7-də “Borussiya”nın doğma stadionunda keçiriləcək. Pişşek və Blaşikovski videorabitə vasitəsilə Klopa müraciət ünvanlayaraq, alman mütəxəssisin öz məşqçilik karyerasını bir oyunluq bərpa etməsini istəyiblər. Kloppun Blaşikovskinin komandasını çalışdıracağı gözlənilir.
Xatırladaq ki, Yurgen Klopun son klubu ötən mövsümün sonunda tərk etdiyi “Liverpul” olub. Alman mütəxəssis məşqçiliyə fasilə vermək istəyib və asudə vaxtını ailəsinə və şəxsi həyatına sərf etməyə ehtiyac görüb. Klopp əvvəllər Dortmund “Borussiya”sı və “Maynts”ı çalışdırıb.


