Məşhur alman mütəxəssis, “Red Bull”da futbol əməliyyatları üzrə dünyəvi rəhbər Yurgen Klopp məşqçilik fəaliyyətinə tezliklə qayıtmayacaq.
Arena.az “Sky Sport Germany” dərgisinə istinadən məlumat verir ki, alman mütəxəssisin agenti Mark Kosike, Yurgen Klopp haqda şayiələri təkziblə çıxış edib:
“Mən başa dürəm ki, Avropanın bir çox ən yaxşlı klubları və bəzi federasiyalarla Klopp haqda məsləhətlər davam edir. Amma o, növbəti mövsümdə nə “Real”ın, nə də Braziliya millisinin sükanı arxasında qərar tutmaq niyyətində deyil. Yurgen “Red Bull”da özünün dünyəvi rəhbər mövqeyindən razıdır və qüvvədə olan müqaviləyə malikdir, odur ki, daha deyiləcək söz yoxdur”, deyə Kosike son vaxtlar dolaşan şayiələri puç edib.
Əlavə edək ki, Klopun müqaviləsində, Almaniya yığmasının baş məşqçisi vəzifəsinə dəvət ediləcəyi təqdirdə, alman mütəxəssisin “Red Bull” ilə müqaviləsinə xitam vermək hüququna malik olduğu da nəzərdə tutulub.
Yurgen Klopp daha öncə “Liverpul”da, Dortmund “Borussiya”sında və “Maynts”da, həmçinin Frankfurt “Ayntraxt”ının gənclərdən ibarət komandasında baş məşqçi olub.


