Yurgen Klopp “Sparta”ya qarşı cavab oyunu haqda danışdı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Avropa Liqasının 1/8 finalının Praqa “Sparta”sı ilə cavab oyunundan gözləntilərini paylaşıb.

Arena.az xatırladır ki, “Liverpul” səfərdə keçirilmiş ilk oyunda rəqibini 5:1 hesabı ilə darmadağın edib.

“Ən yaxşı futbolu oynamaq istəyirik. Biz heyəti məhz belə müəyyənləşdiririk. Bu anda istəsəm də, nə edəcəyimi sizə deyə bilmərəm. Dünən əlavə günə ehtiyacı olan bir neçə futbolçumuz vardı. Gəlin görək, bu gün özlərini necə hiss edəcəklər. Heyətin arxasındakı fikir mümkün olan ən yaxşı oyunu göstərməkdən ibarət olacaq. Biz ilk oyunun nəticəsini nəzərə almamalıyıq. Nəbzi saxlamaq və irəliləməyə davam etməliyik. Bazar günü keçiriləcək növbəti oyun haqqında düşünməyin, hətta “Mançester Yunayted”lə olsa belə”, – “Liverpool Echo” dərgisi alman mütəxəssisdən sitat gətirir.

“Liverpul” “Sparta”nı bu gün, martın 14-də “Enfild”də qəbul edəcək. Oyuna Bakı vaxtı ilə 00:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: