Yusif İmanov 39-cu oldu

Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 2-ci turu Yusif İmanov üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, “İmişli”nin qapıçısı ölkə çempionatlarının yüksək dəstəsində 100-cü oyununu keçirib.

“Zirə” ilə qarşılaşmada (1:3) buraxdığı ikinci top onun qapısına vurulan 100-cü qol olub.

100 oyunda 101 top buraxmış İmanov üç komandada çıxış edib. 2021/2022-ci illər mövsümündə debüt etdiyi “Sabah”da ümumilikdə 80 çempionat görüşündə 75 top buraxmış qolkiper “Kəpəz” 18 matçda 23, “İmişli”də 2 qarşılaşmada 3 dəfə qola üzülüb.

Yusif İmanov turnirin tarixinə 100 və daha çox oyun keçirmiş 458-ci futbolçu kimi düşüb. O, buna nail olan 39-cu qapıçıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: