Yusif İmanov Kosovo klubunda! – Rəsmi

Futbol üzrə Azərbaycan millisinin də üzvü olan qapıçı Yusif İmanov bundan sonra Kosovonun “Malişeva” klubunun uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klub sosial şəbəkə hesablarında məlumat paylaşıb.

İmanovun yeni klubu ilə anlaşmasının detalları açıqlanmayıb.

Xatırladaq ki, Yusif İmanov “Sabah”ın yetirməsidir. O, paytaxt klubunun əsas komandasının heyətində 94 oyun keçirib, 103 qol buraxıb, 37 matçda qapısını toxunulmaz saxlayıb. Yusif “Sabah”la müqaviləsinə bu yay birtərəfli qaydada xitam vermiş və özünə yeni klub axtarışına çıxmışdı.

Azərbaycanın U-21 yığmasında da oynamış İmanov əsas millimizdə 1 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: