Turin “Yuventus”u ağırçəkili əfsanəvi amerikan boksçu Mayk Taysona üzərində soyadı yazılmış fərdi köynək hədiyyə edib.
Arena.az məlumat verir ki, Tayson hədiyyəni qəbul edib güzgü qarşısında əynində nümayiş etdirib.
Xatırladaq ki, Taysonun ağırçəkidə ilk titulu 1986-cı ildə qazandığı WBC kəməri olub. 1987-1990-cı illərdə Ceyms Smit və Toni Taker üzərində qələbələrdən sonra “Dəmir Mayk” WBA və IBF kəmərlərinin sahibi olub. 1989-1990-cı illərdə Tayson “The Ring” jurnalına görə çəki dərəcəsindən asılı olmayaraq ən yaxşı boksçu elan edilib.


