“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi nigeriyalı yarımmüdafiəçi Ahmed Ayzayanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb. Sözləşmənin müddəti sonradan daha bir il uzadıla bilər.
Ahmed Ayzaya son olaraq Portuqaliyanın “Sportinq Kovilya” komandasının uğurları üçün çalışıb. O, daha əvvəl bu ölkədə “Ribeyrao”, “Oliveyrense”, “Vilaverdense”, “Jil Visente” və “Varzim” klublarında da çıxış edib.
“Zirə” bu qış Hamidu Keyta (“Santa Klara”, Portuqaliya), Brayan Alseus (“Qaz Metan”, Rumıniya) və Rahil Məmmədovu (“Qarabağ”, icarə) da heyətinə qatmışdı. Qəsəbə təmsilçisi Velves Santos Damatsena (“Lvov”, Ukrayna) və Rəşad Əzizli (“Səbail”) ilə də yollarını ayırıb.


