“Zirə” “Omoniya”ya biabırçı hesabla uduzdu

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Zirə” bu gün pley-off mərhələsi çərçivəsində Kiprin “Omoniya” komandası ilə qarşılaşıb.

Arena.az xəbər verir ki, tarixində ilk dəfə avrokubokların pley-offuna çıxmış təmsilçimiz bu rəqibi ilə səfərdə üz-üzə gəlib.

Nikosiyadakı “GSP Arena”da baş tutan qarşılaşmanı Estoniyadan olan hakimlər briqadası idarə edib. Matç Azərbaycan təmsilçisi üçün uğursuz alınıb. Rəşad Sadıqovun çalışdırdığı kollektiv yekunda 6 cavabsız qolla uduzub.

Bu komandalar arasındakı cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

Avropa Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun
15 avqust

Omoniya – Zirə 6:0
Qollar: Amin Xammas, 13. Villi Semedo, 34-pen; 70. Mariuş Stepinski, 45+1; 54. Evandro, 60.
Baş hakim: Yuri Frişer (Estoniya).
Nikosiya. “GSP Arena”.

Omoniya: 40. Fabiano (k), 2. Alfa Diunku, 5. Senu Kulibali, 30. Nikolas Panayotu, 24. Amin Xammas, 80. Novika Erakoviç, 20. Mateo Mariç, 11. Evandro (10. Ömər Atzili, 63), 21. Veliko Simiç (31. İoannis Kusulos, 73), 14. Mariuş Stepinski (9. Andronikos Kakulli, 73), 7. Villi Semedo (99. Alium Saidu, 82).
Ehtiyat oyunçular: 23. Fransis Uzoho (k), 98. Xaralambos Kiriakidis, 4. Filip Helander, 17. İoannis Masuras, 22. Adam Lanq, 33. Mateuş Musialovski, 85. Angelos Neofitu.
Baş məşqçi: Valdas Dambrauskas.

Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 3. Ange Mutsinzi, 4. Ruan Renato, 11. Rüstəm Əhmədzadə (18. Junior Martins, 46), 15. Pyer Zebli, 7. Məqsəd İsayev (16. Fuad Bayramov, 46), 21. Hacıağa Hacılı (29. Ceyhun Nuriyev, 46), 6. Eldar Quliyev (28. Abbas İbrahim, 58), 23. Rafael Utziq, 90. Davit Volkov (5. Stefan Akka, 75).
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Səlim Həşimov, 10. Georgi Papunaşvili, 14. Elçin Əlicanov, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: