“Zirə” “Orenburq”a məğlub oldu

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” Boludakı hazırlıq prosesi çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı kollektiv Rusiyanın “Orenburq” komandası ilə qarşılaşıb.

Üç qolun qeydə alındığı matç “Orenburq”un 2:1 hesablı qələbəsiylə başa çatıb. 54 və 64-cü dəqiqələrdə buraxdığı qollarla məğlub duruma düşmüş zirəlilərin gücü yalnız 79-cu dəqiqədə təsəlli qoluna çatıb.

Qeyd edək ki, Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Zirə” Türkiyədə iyulun 4-nə qədər hazırlıq keçəcək. Rəşad Sadıqovun komandası iyunun 25-də Rumıniya “Hermanştadt”ı ilə də yoxlama oyunu keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: