Boluda təlim-məşq toplanışında olan “Zirə”nin yoxlama oyunlarında qarşılaşacağı rəqiblərdən ikisinin adına aydınlıq gəlib.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Rəşad Sadıqovun çalışdırdığı komanda iyunun 22-də Rusiyanın “Orenburq” kollektivi ilə üz-üzə gələcək. İyunun 25-də isə “Zirə” Rumıniyanın “Hermanştadt” komandası ilə qarşılaşacaq.


