“Zirə” tarixi qələbəyə sevindi

Cari mövsümdə uğurlu çıxış edən “Zirə” Azərbaycan çempionatlarının yüksək dəstəsində ən böyükhesablı ev qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri buna Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün 29-cu turunda nail olublar.

Bakı klubu öz meydanında “Qəbələ”ni 4:0 hesabı ilə məğlub edib. Zirənin eyniadlı təmsilçisi buna qədər evdə ən böyük fərqlə – üç top üstünlüyü ilə qalib gəlib. Buna üç dəfə təsadüf olunub.

“Zirə” tarixinin Premyer Liqadakı ən böyükhesablı qələbəsini də təkrarlayıb. 2015/2016 mövsümündə “Rəvan”ın qapısından 4 cavabsız top keçirən qəsəbə klubu yenə eyni hesabla qalib gəlib. 2016-cı il aprelin 10-da baş tutan həmin qarşılaşmanı “Zirə” səfərdə keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: