Azərbaycanı bu il Avropa Liqasında təmsil edəcək “Zirə” Türkiyənin Bolu şəhərində baş tutan təlim-məşq toplanışına start verib.
Arena.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv bu gün Boluda ilk məşqə çıxıb.
Zirəlilərin Türkiyə toplanışı iyulun 4-nə qədər davam edəcək. Komanda Bolu toplanışı çərçivəsində üç yoxlama oyunu keçirəcək. Qarşılaşmaların iyunun 21-i, 25-i və iyulun 3-də keçirilməsi nəzərdə tutulub. Rəqiblərin kimliyi hələ tam dəqiqləşməyib.
Xatırladaq ki, “Zirə” həm Azərbaycan Premyer Liqasında, həm də Azərbaycan Kubokunda gümüş medallarla kifayətlənib.


