Zümrüd Ağayeva “Partizani” – “İberiya” matçına təyinat aldı

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Albaniyanın “Partizani” və Gürcüstanın “İberiya” komandaları arasında keçiriləcək cavab matçında UEFA nümayəndəsi Zümrüd Ağayeva olacaq.

Qarşılaşma avqustun 1-də Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq. Görüşə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Xatırladaq ki, bu komandalar arasında Gürcüstanda keçirilmiş ilk oyun “İberiya”nın 2:0 hesablı qələbəsiylə yekunlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: