AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Zümrüd Ağayeva qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Qazaxıstan – Rumıniya oyununun UEFA nümayəndəsi olacaq.
C Liqasının 4-cü qrupunda iyulun 12-də keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.
Qeyd edək ki, görüş Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi Stadionda baş tutacaq.



