AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Belə ki, qadın futbolçular arasında təşkil olunan UEFA Çempionlar “Sankt-Polten” (Avstriya) – “Slaviya” (Praqa, Çexiya) qarşılaşmasının UEFA nümayəndəsi Ağayeva olacaq.
UEFA Çempionlar Liqasının B qrupunun üçüncü turu çərçivəsində baş tutacaq oyun dekabrın 13-də Avstriyada keçiriləcək.
Xatırladaq ki, Zümrüd Ağayeva bu mövsümdən qitəmiqyaslı turnirlərə təyinat alır.



