Zümrüd Ağayeva Şimali Makedoniya – Latviya oyununda

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Zümrüd Ağayeva qadınlar arasında UEFA Millətlər Liqasının Şimali Makedoniya – Latviya oyununun UEFA nümayəndəsi olacaq. C Liqasının 6-cı qrupunun 3-cü turu çərçivəsində keçiriləcək görüş aprelin 4-də Skopyedə yerləşən Şimali Makedoniya Futbol Federasiyasının Məşq Mərkəzində təşkil olunacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: