Zümrüd Ağayeva UEFA-dan yeni təyinat aldı

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA tərəfindən növbəti təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Belə ki, UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “Srvena Zvezda” – “Yanq Boys” oyununun UEFA nümayəndəsi məhz AFFA rəsmisi olacaq.

Sözügedən qarşılaşma oktyabrın 4-də Belqrad şəhərində keçiriləcək.

Xatırladaq ki, Zümrüd Ağayeva bu mövsümdən qitəmiqyaslı turnirlərə təyinat alır. O, ilk dəfə 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Macarıstan – Qazaxıstan oyununun UEFA nümayəndəsi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: